Lavrov Ankara və Dəməşq arasında birbaşa danışıqların aparılmasını istədi
Rusiya xarici işlər naziri öz haqlı təhlükəsizlik maraqlarını Suriya dövləti ilə müzakirə yolu ilə həll edə biləcəyini deyib.
TASS xəbər agentliyinin verdiyi məlumata görə, Sergey Lavrov deyib: Rusiya problemlərin danışıqlar və bütün ölkələrin o cümlədən Suriyanın ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin tərəfdarıdır. Eyni zamanda Türkiyənin Suriyada baş verənlərlə bağlı nigaranlıqlarını da dərk edir.
Lavrov əlavə edib: ABŞ-ın Suriyadakı son hərəkətləri kürd qüvvələrin maraqları ilə heç bir uyğunluğa malik deyil. Vaşinqton sırf öz siyasi maraqlarını təmin etməyə çalışır.
Lavrov Türkiyə və Suriya arasında birbaşa danışıqların aparılmasını zəruri hesab edərək, deyib: Ümidvaram kürdlərin problemi hansısa tərəfin maraqları üçün sui-istifadəyə səbəb olmasın Çünki, belə olarsa, regionu xaos bürüyəcək.
Türkiyə bir ay öncədən Suriyanın şimalında ABŞ tərəfindən himayə olunan və Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid sayılan kürd yaraqlılarına qarşı "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb.
Amerika Suriyanın şimalında kürd yaraqlılarını silahlandırmaqla məntəqəni yeni bir böhrana sürükləməyə çalışır.