HƏMAS Amerikanın qərarına reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296717-hƏmas_amerikanın_qərarına_reaksiya_verib
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Amerikanın yaxın günlərdə öz səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək qərarını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2018 06:57 Asia/Baku
  • HƏMAS Amerikanın qərarına reaksiya verib

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Amerikanın yaxın günlərdə öz səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək qərarını pisləyib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, HƏMAS sözçüsü Əbdüllətif Əl-Qanu dünən gecə bir bəyanat yayaraq bildirib ki, Amerikanın özünün Təl-Əvivdəki səfirliyini işğal olunmuş Qüdsə köçürmək qərarı regionu sionist rejim ilə qarşı-qarşıya qoyacaq. 

Əbdüllətif Əl-Qanu deyib: ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi sionist rejimə heç bir legitimlik vermir və Qüds ilə əlaqədar reallıqları dəyişmir ona görə ki, Qüds fələstinlilərə aiddir və onların paytaxtıdır. 

HƏMAS sözçüsü deyib: ABŞ-ın səfirliyini işğal olunmuş Qüdsə köçürmək qərarı beynəlxalq qanunların açıq-aşkar pozulması faktıdır və Qüds ilə əlaqədar bütün beynəlxaql qaydalara ziddir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Hiter Naurt dünən gecə bildirib ki, Amerikanın işğal olunmuş Fələstindəki yeni səfirliyi mayın 14-də Qüds şəhərində açılacaq. 

May ayının 14-ü sionist rerjimin təsisinin 70 illiyidir və fələstinlilər bu günü "Nəhs gün" adlandırırlar. 

ABŞ prezidenti Donald Tramp ötən il noyabrın altısında dünya səviyyəsində ciddi müxalifətə rəğmən bildirdi ki, Vaşinqton Qüdsü sionist rejimin paytaxtı tanıyır. Tramp həmçinin Dövlət Departamentinə səfirliyin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsi barədə təlimat verdi. 

Müsəlmanların birinci qibləsi olan Məscidül-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi olaraq müsəlmanların üç əsas müqəddəs məkanlarından biridir. 

Qüds 1967-ci ildən İsrailin işğalındadır.