Suriyanın şimalına Türkiyənin yeni hərbçiləri daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297359-suriyanın_şimalına_türkiyənin_yeni_hərbçiləri_daxil_olub
Türkiyə ordusunun Suriyanın şimalında əməliyyatının davamında türk ordusunun yeni karvanı Suriyanın şimal-qərbində İdlib vilayətinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 06:23 Asia/Baku
  • Suriyanın şimalına Türkiyənin yeni hərbçiləri daxil olub
    Suriyanın şimalına Türkiyənin yeni hərbçiləri daxil olub

Türkiyə ordusunun Suriyanın şimalında əməliyyatının davamında türk ordusunun yeni karvanı Suriyanın şimal-qərbində İdlib vilayətinə daxil olub.

İRNA-nın məlumatına görə, Suriya Kütləvi İnformasiya Vasitələri ötən gecə bildiriblər: Bu karvan hazırda Suriyanın İdlib vilayətinin şimalına daxil olub və bölgədə hərbi baza yaratmaq ardıncadır. 

Suriya KİV-i Türkiyə ordusu karvanındakı qüvvələrin sayı və təchizata toxunmayıb. 

Bu arada bildirilib: Türkiyə qüvvələrinin cümə axşamı günü Suriyanın Afrin bölgəsinə hava hücumunda onlarla kürd yaraqlısı ölüb. 

Kürd mənbələri bildiriblər ki, ötən cümə axşamı günü qarşıdurmalarda azı 18 kürd yaraqlı ölüb, 3 nəfər yaralanıb və 19 nəfər də itkin düşüb. Bu mənbələr həmçinin Türkiyə ordusuna məxsus bir helikopterin vurulduğunu bildiriblər. 

Türkiyə ordusu da etiraf edib ki, cümə axşamı günü gedən ağır döyüşlərdə 8 türk hərbçisi həlak olub, 13 nəfər də yaralanıb.