Silahlılar İraqın baş nazirinin təhlükəsizlik komandasına hücum ediblər
Mart 14, 2018 09:41 Asia/Baku
İraq mediaları Samira şəhərində İraqın baş nazirinin təhlükəsizlik komandasına qarşı silahlı hücumdan xəbər veriblər.
Əl-İttica telekanalının verdiyi məlumata görə, dünən günortadan sonra yaraqlılar Samira şəhərində İraqın baş naziri Heydər Əl-İbadinin təhlükəsizlik komandasını hədəfə alıblar.
Bu məlumata görə, bu silahlı əməliyyatda İraq ordusunun 57-ci diviziyasının komandanı Polkovnik Şərif İsmayıl həlak olub. Bir neçə nəfərin də yaralandığı deyilir. Hücum Samira şəhərinin qərbində Əl-Həviş yoxlama-buraxılış məntəqəsində baş verib.
İraqlı mənbələr bildiriblər ki, naməlum müddətədək Samirada gediş-gəlişə qadağa rejimi tətbiq edilməkdədir. Hələlik İraq hökuməti bu hücuma münasibət bildirməyib.