Həniyyə: Rami Həmdəllahın heyətinə hücumu qınayırıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298589-həniyyə_rami_həmdəllahın_heyətinə_hücumu_qınayırıq
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri çərşənbə axşamı günü Qəzzə zolağında Misirin təhlükəsizlik heyəti ilə görüşdə Fələstinin Milli Birlik hökumətinin baş naziri Rami Həmdəllahın heyətinə hücumla bağlı prosesləri araşdırıb və bu hadisəni qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2018 06:26 Asia/Baku
  • Həniyyə: Rami Həmdəllahın heyətinə hücumu qınayırıq

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri çərşənbə axşamı günü Qəzzə zolağında Misirin təhlükəsizlik heyəti ilə görüşdə Fələstinin Milli Birlik hökumətinin baş naziri Rami Həmdəllahın heyətinə hücumla bağlı prosesləri araşdırıb və bu hadisəni qınayıb.

İRNA-nın məlumatına görə, İsmayıl Həniyyə bu görüşdə deyib: Bu hadisə hamını hədəf alıb və barışığa israr etməklə ona reaksiya vermək lazımdır. 

HƏMAS-ın siyasi bürosunun rəhbəri əlavə edib: HƏMAS bu partlayışın səbəbkarlarını müəyyənləşdirmək üçün təhlükəsizlik xidmətlərinin səylərini dəstəkləyir. 

Rami Həmdəllah çərşənbə axşamı günü Qəzzə zolağında bir partlayışdan xilas ola bilib.