Yəməndə onlarla jurnalist öldürülüb
-
Yəməndə onlarla jurnalist öldürülüb
Yəmənin informasiya nazirliyi Ərəbistanın hücumlarının başlanmasından bəri bu ölkədə yüz jurnalistin öldürülməsindən xəbər verib.
Yəməndə milli qurtuluş dövlətinin informasiya nazirinin müavini Abdullah Səbri dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə əlavə edib: Onlarla müxbir də Yəmən savaşı və bu ölkənin mühasirə olunması barədə xəbər yayarkən yaralanıbdır.
Belə bir halda, Yəmənin Əlməsirə telekanalı bildirib ki, bu ölkənin ordusu və xalq qüvvələri səudların ardıcıl hücumlarına cavabda səud muzdurlarının Yəmənin qərb sahillərindəki mövqelərini hədəfə alıblar. Nəticədə bir qrup muzdur öldürülüb.
Yəmənli mənbələr də bu ölkənin Həccə vilayətindəki Midi səhrasında səudların bir casusluq pilotsuzunun məhv edilməsindən xəbər veriblər.
Yəmən ordusu ötən çərşənbə günü də səudların bir casusluq pilotsuzunu Ərəbistanın cənubundakı Əsir məntəqəsində hədəfə alıbdır.
Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni dəniz, hava və qurudan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla nəfərin də didərgin düşməsinə bais olubdur.
Səud rejimi və ABŞ indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədə öz hədfələrinə çata bilməyiblər.