Bağdad Türkiyənin İraqın şimalında keçirdiyi hərbi əməliyyata etiraz edib
İraqın xarici işlər naziri Türkiyə xarici işlər nazirinin müavini ilə görüşdə bu ölkənin İraqın şimalında keçirdiyi hərbi əməliyyatı tənqid edib.
İraqın xarici işlər naziri İbrahim Əlcəfəri bu gün Bağdadda Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız ilə görüşdə bu ölkənin İraqın şimalında keçirdiyi hərbi əməliyyatı və türkiyəli hərbçilərin İraq sərhədlərindən daxil olmalarını tənqid edərək, bu cür əməliyyatların dayandırılması vacibliyini vurğulayıb.
İbrahim Əlcəfəri deyib: İraq heç vaxt öz qonşu ölkələrinə bu ölkə torpağında hərbi əməliyyat keçirmək icazəsi verməyəcək.
Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da bunun qarşılığında İbrahim Əlcəfəridən istəyibdir ki, İraq-Türkiyə müştərək komitəsi tez bir zamanda Ankara şəhərində iclas keçirsin.
Türkiyə ordusunun məlumatına görə, İraqın şimalına qarşı dünən keçirilmiş hava və quru hücumlarında 12 PKK üzvü öldürülübdür.