İordaniya dünyada az suyu olan ikinci ölkədir
İordaniya dünyada su ehtiyatları az olan ikinci ölkə kimi böhranlı duruma düşübdür.
İordaniyada əhali sayının artmasına və suriyalı didərginlərin iştirakına görə yaranmış su böhranı nəticəsində hər iordaniyalıya düşən su payı dünyada su yoxsulluğu həddindən on faiz aşağı, yəni min kubmetrdir.
İordaniyada su böhranının şiddətlənməsi elə bir haldadır ki, İordaniyanın bir çox kəndinə su tanker ilə çatdırılır.
Yağıntıdan əlavə, İordaniya su təmini baxımından da ölkə xaricindəki su mənbələrindən asılıdır və bu istiqamətdə qonşu ölkələrlə suyun satın alınması barədə müqavilələr imzalanıbdır.
Son statistikalara görə, 2016-cı ildə təqribən beş milyon suriyalı mühacir Türkiyə, Livan, İordaniya, İraq və Misirdə yerləşibdir ki, 657 mindən çox suriyalı mühacir İordaniyada yaşayır.