Həmas sionist işğalçılar ilə mübarizənin davam edəcəyini bildirib
Apr 02, 2018 16:57 Asia/Baku
Fələstin İslam Müqaviməti Hərəkatı Həmas bir bəyanat yayaraq, bu hərəkatın sionist düşmən ilə əlaqələrin normallaşdırılması üzrə istənilən hərəkətə qarşı olduğunu bildirib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Həmas bazar ertəsi günü bir bəyanat yayıb. Bəyanatda sionist düşmən ilə əlaqələrin normallaşdırılmasının bu rejimin Fələstin xalqına qarşı öz cinayətlərini daha da artırmasına səbəb olduğunu bildirib.
Həmas həmçinin, işğalçı İsrail rejimini təcrid etmək istəyi ilə çıxış edib və sionistlərin Fələstin xalqına qarşı hücumlarının rüsvayçılıq olaraq dünyaya tanıtdırılmasını istəyib.
Teqlər