"Qayıdış haqqı" aksiyasının dördüncü günündə on fələstinli yaralanıb
Apr 03, 2018 06:39 Asia/Baku
-
"Qayıdış haqqı" aksiyasının dördüncü günündə on fələstinli yaralanıb
Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" aksiyasının dördüncü günündə sionist hərbçilər fələstinlilərlə toqquşublar.
Qəzzə zolağında yaşayan fələstinlilər dünən dördüncü gün dalbadal böyük "Qayıdış haqqı" aksiyasını davam etdiriblər. Onlar 1948-ci ildə işğal olunmuş ərazilərlə sərhəddə yerləşən Qəzzə zolağına toplaşıblar. Bu aksiyada fələstinlilərlə sionist qəsbkarlar arasında qarşıdurma baş veribdir.
Bu toqquşmalarda sionist hərbçilər fələstinliləri atəşə tutublar. Nəticədə on fələstinli yaralanıb.
Belə bir halda, Həmas hərəkatının rəhbərlərindən olan İsmail Rizvan vurğulayıb ki, ötən cümədən başlanmış aksiyalar saxta sionist rejimin təşkil edildiyi 19 may-fəlakət gününədək davam edəcəkdir.
Teqlər