Fələstinli müqavimət qrupları İsrail əleyhinə etirazları davam etdirəcəklər
Fələstinin İslam Müqaviməti Hərəkatı HƏMAS Fələstinin Xalq Mübarizəsi Cəbhəsinin baş katibi ilə telefon danışığında bütün fələstinlilərin xüsusilə də digər ölkələrdəki qaçqın düşərgələrində məskunlaşmış fələstinlilərin Qayıdış Haqqı yürüşləri keçirmələrini bir zərurət adlandırıb.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, çərşənbə günü İsmayıl Həniyyə və Xalid Əbdülməcid arasında baş tutan telefon danışığında tərəflər "Qayıdış Haqqı" yürüşlərinin genişləndirilməsi və bu məsələnin izlənilməsi üçün vahid rəhbərliyin formalaşdırılması barədə razılığa gəliblər.
Fələstinin Xalq Mübarizəsi Cəbhəsinin baş katibi Qəzzə sakinlərinin başlatdığı bu hərəkəti alqışlayaraq, deyib: Fələstinli qruplar ötən günlərdə Beyrutda milli şəxsiyyətlərin iştirakı ilə iclaslar təşkil edərək, 15 may tarixinə kimi bütün aksiyalar və yürüşlərdə iştiraka təkid ediblər.