Qətər Fələstin xalqına dəstəyə çağırıb
Sionist rejimin fələstinlilərə qarşı son cinayətlərinin ardınca Qətər dövləti Fələstin xalqını himayə üzrə beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
30 martdan başlanan "Qayıdış Haqqı" yürüşlərinə sionist rejimim hücumları nəticəsində indiyədək 19 fələstinli şəhid edilib 1900 fələstinli yaralanıb. Bu yürüşlər torpaq gününün ildönümü münasibəti ilə başladılmışdır.
İRNA-nın verdiyi məlumata görə, Qətərin baş naziri Abdullah Bin Nasir Bin Xəlifə Ali-Sani dünən sionist rejimin cinayətlərini pisləyib və bu cinayətlərə son qoyulması üçün sionist rejimə qarşı təzyiqlərin gücləndirilməsinə çağırıb.
Qətərin əmiri şeyx Təmim Bin Həmd Bin Xəlifə Ali-Sani də srağa gün HƏMAS lideri İslmayıl Hənyə ilə telefon söhbətində rəsmi Dohanın fələstinlilərin danılmaz hüquqları barədəki dəyişməz mövqeyini vurğulayaraq bildirmişdi ki, Fələstinlilərə qarşı növbəti qırğın məsələsinin BMT TŞ-də gündəmə gətirilməsi üçün bu ölkənin diplomatiya aparatına lazımı təlimatlar verəcəkdir.