İraq prezidenti: İraq dövləti İranın yardımlarını unutmayacaq
Apr 06, 2018 09:18 Asia/Baku
İraq prezidenti deyib: İraq dövləti terrorizm xüsusiylə İŞİD ilə mübarizədə İranın etdiyi yardımları heçvaxt unutmayacaq.
İRNA-nın verdiyi məlumata görə, İraq prezidenti Fuad Məsum dünən Bağdadda İran İslam Respublikasının bu ölkədəki səfəri İrəc Məscidi ilə görüşündən sonra müxbirlərə verdiyi açıqlamada İranın İraqa dəstək mövqeyini yüksək qiymətləndirib.
Fuad Məsum İran və İraq əlaqələrinin tarixi və mədəni təməllər əsasında qurulduğunu bildirərək əlaqələrin daha da genişləndirilməsinə çağırıb.
Görüşdə İİR-nin Bağdaddakı səfiri də rəsmi tehranın İraq ilə iqtisadi və ticarət sahəsindəki əməkdaşlıqların genişləndirilməsi və İraqın yenidən qurulmasında fəal iştirakda maraqlı olduğunu vurğulayıb.