Terrorçuların himayədarlarının əvəzçıxma xarakterli addımları
-
Terrorçuların himayədarlarının əvəzçıxma xarakterli addımları
Suriyada məğlubiyyətə taqətləri olmayan terrorçuların himayədarları əvəzçıxma xarakterli bir addımda raket hücumu həyata keçiriblər və bəlkə də məğlubiyyətin bu acı dadı səbəb olubdur ki, Tramp Suriyaya və Bəşşar Əsədə qarşı zəif mövqedən çıxış etmiş olsun.
Duma şəhərində Ceyşulislam terrorçularının qərarının elan və oğurlanmış şəxslərin ilk qrupunun azad edilməsinin ardınca terrorçuların himayədarları meydana girdilər və Hums-Tədmur yolunun arasında yerləşən T4 hərbi hava limanını hədəfə aldılar.
Kişi: T4 hava limanına qarşı hücumda hədəf, ordu və müttəfiqlər cəbhəsinin terrorizm ilə müharibədəki qələbələrini təsir altına almaqdır. İkincisi, məğlub olmuş terrorçulara, himayədarlarının hələ onları buraxmadıqlarına dair ruhlandırıcı müraciətdir.
Suriya ordusu da bildiribdir ki, hava hücumundan müdafiə sistemləri vaxtlı bir reaksiyada düşmən raketlərini izləyərək, onların beşini məhv ediblər.
Kişi: Belə nəzərə gəlir ki, dünənki kimyəvi hücum ssenarisi və Suriya ordusunun terrorçular tərəfindən ittihamlandırılması bu raket hücumuna zəmin yaratmaq istiqamətində bir addım idi ki, Suriya ordusunun qələbələri mediaların birinci xəbəri olmuş olmasın.
Suriyanın mərkəzində yerləşən T4 hərbi hava limanı terrorizmə qarşı savaşda və Suriyada İŞİD təkfirçilərinin kökünün tam şəkildə kəsilməsində rol oynayıbdır. Bəlkə də elə buna görə olubdur ki, iki ay bundan öncə sionist rejimin qırıcıları bu hava limanına hücum etdi və bu gün də bu raket hücumunu həyata keçirdilər.