Apr 10, 2018 23:02 Asia/Baku
  • ABŞ Qətər 5 min idarə olunan raket satır
    ABŞ Qətər 5 min idarə olunan raket satır

ABŞ Dövlət Departamenti Qətərə 300 milyon dollar dəyərində modern idarə olunan beş min raketin satılması ilə razılaşıb.

Əl-Ərəbi portalının məlumatına görə, ABŞ Dövlət Departamenti bildirib: Qətər əmiri Şeyx Təmim Bin Əhməd Ali-Saninin ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşü ərəfəsində Qətərə 300 milyon dollar dəyərində idarə olunan beş min ədəd raketin satılması ilə razılaşdırılıb.

Qətər ABŞ-ın qədim hərbi müttəfiqlərindən sayılır və Qərbi Asiyada Birləşmiş Ştatların ən böyük hərbi hava bazasına ev sahibliyi edir.

Məlumata görə, Qətər əmiri Şeyx Təmim Bin Əhməd Ali-Sani bazar ertəsi günü ABŞ müdafiə naziri Ceyms Mattislə görüşüb.

Teqlər