Apr 11, 2018 09:41 Asia/Baku
  • Müfəttişlər Suriyaya gedirlər

Kimyəvi Silahlara Qadağa Təşkilatı Suriyanın Duma şəhərinə faktaraşdırıcı qrup göndərir.

Röytersin məlumatına görə, Kimyəvi Silahlara Qadağa Təşkilatı çərşənbə axşamı günü bildirib: Bu təşkilatın müfəttişləri təxminən 60 nəfərin ölümü ilə nəticələnən iddia olunan kimyəvi hücumla bağlı məlumatlar haqda araşdırma aparmaq üçün Şərqi Qutənin Duma şəhərinə gedirlər. 

Kimyəvi Silahlara Qadağa Təşkilatı Suriya hökumətindən müfəttişlərin Dumaya getməsi üçün lazımi şəraiti yaratmasını istəyib. 

Bundan öncə Suriya Xarici İşlər Nazirliyində bir rəsmi bildirib: Nazirlik rəsmi şəkildə Dumaya faktaraşdırıcı heyətin ezam olunması və kimyəvi silahlardan istifadə olunmasına dair iddialar haqda araşdırmanın aparılması üçün Kimyəvi Silahlara Qadağa Təşkilatına müraciət etmişdi. 

Rusiya Müdafiə Nazirliyi də bazar ertəsi günü bildirib: Bu ölkə ordusu Şərqi Qutənin Duma bölgəsinə kimyəvi hücum haqda heç bir əsər-əlamət tapa bilməyib. 

Rusiya Xarici İşlər Nazirliyi də bildirib: Suriyanın Duma şəhərində kimyəvi hücum haqda irəli sürülən iddialar sadəcə terrorçuların hərəkətlərini ört-basdır etmək və Suriyada xarici hərbi iştirakı əsaslandırmaq üçün izlənilir.  

Teqlər