Apr 14, 2018 20:21 Asia/Baku
  • Suriya vurulan raketlərin çoxunu zərərsizləşdirib
    Suriya vurulan raketlərin çoxunu zərərsizləşdirib

Rusiyanın Müdafiə Nazirliyi Bildirib ki, Suriya ordusunun havadan müdafiə qüvvələri qərb koalissiyasının Suriyaya atdığı raketlərin çoxunu havada məhv edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya MN qərb koalissiyasının Suriyaya qarşı hücumları barədə bildirib ki, Suriya ordusunun havadan müdafiə qüvvələri bu ölkəyə vurulan raketlərin çoxunu havada məhv edib. 

Rusiyanın Müdafiə Nazirliyi həmçinin Suriyaya bugün səhər edilən hücumda hava-quru raket atılıb və bu hücumda iki hərbi gəmi və ən azından Amerikanın bir ədəd bombardımancı təyyarəsi iştirak edib. 

Rusiya MN-in məlumatına görə Suriya ordusu bu ölkəyə atılan raketləri hədəfə almaq üçün S-125, S-200 və BUK və SAM-6 sistemlərindən istifadə olunub. 

Teqlər