Apr 17, 2018 09:43 Asia/Baku
  • Suriyaya atılan 9 raketin hamısı məhv edilib
    Suriyaya atılan 9 raketin hamısı məhv edilib

Suriya ordusu Dəməşqin ətrafındakı Əlduməyr hava limanı və Humsda yerləşən Əlşayrat hava bazasına tərəf atılmış raketlərin sayını doqquz ədəd elan edib.

Suriya ordusu bu gün səhər tezdən bildirib ki, bütün bu raketlər Suriya səmasında məhv edilibdir.

Suriya ordusunun zenit topları Dəməşqin ətrafındakı Əlduməyr hava limanına tərəf atılmış üç raketi izləyərək məhv ediblər. 

Suriya ordusunun hava hücumundan müdafiə sistemi altı raketi də Humsun səmasında vurubdur.

Pentaqon Humsda yerləşən Əlşayrat hava bazasına qarşı raket hücumu ilə bağlı məlumatlar barədəki sualın cavabında bildirib ki, hazırda Amerika bu məntəqədə heç bir hərbi fəaliyyət göstərməyibdir.

Humsda yerləşən Əlşayrat hava bazası 2017-ci il aprelin 7-də ABŞ prezidenti Donald Trampın göstərişi və Suriyanın şimal-qərbində yerləşən İdlibin "Xan Şiyxun" məntəqəsinə qarşı iddia olunan kimyəvi hücum bəhanəsi ilə 59 raketlə hədəfə alınmışdı.

Belə bir halda, bəzi medialar yerli mənbələrə istinadla ehtimal veriblər ki, yeni raketlər sionist rejim qırıcıları tərəfindən Əlşayrat hava bazasına tərəf atılıbdır. Deyilənlərə görə, qırıcıların özləri də Suriya ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən izlənilibdir.

Bundan öncə ABŞ, Fransa və İngiltərə Suriyanın Duma şəhərində kimyəvi hücum bəhanəsi ilə və bu ölkəni həmin iddia olunan hücumda ittiham edərək, cari aprel ayının 14-də yüzdən yuxarı raketi Suriyanın müxtəlif məntəqələrinə tərəf atıblar.

Suriya ordusunun hava hücumundan müdafiə sistemi uğurlu bir fəaliyyətdə, atılmış 103 raketin 71-ni aşkar və məhv edibdir.

Teqlər