Yəmən Səudiyyə Ərəbistanının cənubunu raketlə hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i304258-yəmən_səudiyyə_Ərəbistanının_cənubunu_raketlə_hədəfə_alıb
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Səudiyyə Ərəbistanının Nəcrandakı hərbi mövqelərini bir ədəd Zilzal-2 raketi ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2018 04:17 Asia/Baku
  • Yəmən Səudiyyə Ərəbistanının cənubunu raketlə hədəfə alıb

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Səudiyyə Ərəbistanının Nəcrandakı hərbi mövqelərini bir ədəd Zilzal-2 raketi ilə hədəfə alıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bazar ertəsi günü də Nəcranda Səudiyyyə Milli Neft Şirkəti ARAMKO-nun təsisatlarını iki ədəd yaxın mənzilli Bədr-1 raketi ilə hədəfə almışdı. 

Yəmən ordusunun sözçüsü Şərəf Loqman öncə bildirmişdir ki, Yəmənə qarşı təcavüz və mühasirə davam etdiyi müddətdə təcavüzkarların mövqeləri və iqtisadi təsisatlarının hədəfə alınması davam etdiriləcək.