Suriya ordusunun bazalarına qarşı raket hücumları edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i304996-suriya_ordusunun_bazalarına_qarşı_raket_hücumları_edilib
Suriya ordusunun qərbdəki Həmah və şimaldakı Hələb vilayətlərində yerləşən bazalarından bəziləri dünən gecə bir neçə raketlə hədəfə alınıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 30, 2018 03:52 Asia/Baku
  • Suriya ordusunun bazalarına qarşı raket hücumları edilib
    Suriya ordusunun bazalarına qarşı raket hücumları edilib

Suriya ordusunun qərbdəki Həmah və şimaldakı Hələb vilayətlərində yerləşən bazalarından bəziləri dünən gecə bir neçə raketlə hədəfə alınıblar.

Suriya dövlət televiziyası bildirib ki, Həmah və Hələb ətrafındakı bir neçə bazaya atılmış raketlər Suriyanın düşmənləri tərəfindən edilən yeni təcavüzün əlamətləridir.

Suriyadakı yerli qaynaqlar da xəbər veriblər ki, Həmahın cənubundakı "Zarə" istilik elektrik stansiyası raket atəşlərinə məruz qalıb və stansiyanın bəzi bölmələrinin fəaliyyəti dayanıbdır.

Skay-Nyus telekanalı da xəbər veribdir ki, məlumatlar Həmah və Hələbə qarşı hücumların sionist rejim ordusu tərəfindən həyata keçirilməsinə işarə edir.

Bu hücumlarda ölənlərin sayı qırx nəfərə çatıb; altmış nəfər də yaralanıbdır.

Aprelin 14-də səhər tezdən də ABŞ, Fransa və İngiltərə Suriyanın Şərqi Qutə bölgəsinin Duma şəhərində kimyəvi silahlardan istifadə olunması bəhanəsilə Suriya ordusunun Dəməşqin mərkəzi və ətrafındakı mövqelərinə qarşı yüzdən çox raket atmışdılar.