Həniyyə: Mahmud Abbas Fələstin Milli Şurasını qanuniləşdirməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i305178-həniyyə_mahmud_abbas_fələstin_milli_Şurasını_qanuniləşdirməyə_çalışır
Fələstin Özünü idarə Təşkilatı sədrinin metodu, xüsusilə də barışıq məsələsi və Qəzzə zolağındakı intiqam xarakterli hərəkətləri Fələstin Milli Şurasını təşkil etmək üçün saxta qanuniliyi əldə etmək ardıncadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 12:08 Asia/Baku
  • Həniyyə: Mahmud Abbas Fələstin Milli Şurasını qanuniləşdirməyə çalışır
    Həniyyə: Mahmud Abbas Fələstin Milli Şurasını qanuniləşdirməyə çalışır

Fələstin Özünü idarə Təşkilatı sədrinin metodu, xüsusilə də barışıq məsələsi və Qəzzə zolağındakı intiqam xarakterli hərəkətləri Fələstin Milli Şurasını təşkil etmək üçün saxta qanuniliyi əldə etmək ardıncadır.

İRİB-in məlumatına görə, Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bazar ertəsi günü Qəzzə şəhərində keçirdiyi mətbuat konfransında bu hərəkatın Fələstin Milli Şurasının iclas keçirməsinə qarşı olduğunu bildirib və deyib: Əslində bu iclasın keçirilməsində məqsəd region haqda məkrli plandır.

Həniyyə bildirib: HƏMAS fələstinlilərin birliyinə zəmanət verə biləcək hər bir işi edəcəkdir. Çünki birlik fələstinlilərin yeganə mövqeyidir ki, Fələstin məsələsi əleyhinə məkrli planları məğlub edə bilər.

HƏMAS-ın siyasi bürosunun rəhbəri əlavə edib: Səfirliyin işğal olunmuş Qüdsə köçürülməsi ilə bağlı hazırlıq işlərinin görülməsi ilə yanaşı Əsrin Sazişi adlı ABŞ-ın planı haqdakı sözlər hazırkı şəraitin Fələstin məsələsi üçün təhlükəli olduğunu göstərir.