Yəmən ordusu Ərəbistanın cənubuna raket zərbəsi endirib
-
Yəmən ordusu Ərəbistanın cənubuna raket zərbəsi endirib
Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri cümə günü səhər Ərəbistanın cənubunda, Əsir vilayətində səudiyyə hərbçilərinin mövqelərinə qarşı raket zərbələrinin endirilməsindən xəbər verib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmən ordusunun raket bölməsi Əsir məntəqəsində səudiyyə hərbçilərinin mövqeyini bir ədəd raket ilə hədəfə aldığını bildirib.
Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman Yəmənə qarşı hücumların və mühasirənin davam etdiyi zamana kimi təcavüzkarların hərbi bazaları və iqtisadi infrastrukturlarına qarşı hücumların davam edəcəyini bildirmişdi.
Yəmən ordusu və xalq qüvvələrinin müdafiə qüdrəti, ölkənin tam mühasirədə saxlanılmasına baxmayaraq, hər gün daha da artır.
Ərəbistan və müttəfiqləri artıq 3 ildir ki, yəmənə qarşı hücumlarını fasiləsiz olaraq davam etdirirlər. Amma, Yəmən xalqının müqaviməti qarşısında indiyə kimi heç bir uğur əldə edə bilməyiblər.