Hənyə: "Fəlakət günü" sionist rejim üçün fəlakətə çevriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307060-hənyə_fəlakət_günü_sionist_rejim_üçün_fəlakətə_çevriləcək
Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə deyib ki, Fələstin xalqı "Fəlakət günü"nün yetmişinci ildönümünü sionist rejim üçün fəlakətə çevirəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 05:05 Asia/Baku
  • Hənyə:
    Hənyə: "Fəlakət günü" sionist rejim üçün fəlakətə çevriləcək

Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə deyib ki, Fələstin xalqı "Fəlakət günü"nün yetmişinci ildönümünü sionist rejim üçün fəlakətə çevirəcəkdir.

1948-ci il mayın 14-ü, Fələstin ölkəsinin sionist rejim tərəfindən işğal edilməsinə təsadüf edir. Bu gün "nakba günü", başqa sözlə, "fəlakət günü" adı ilə tanınır. Həmin gündə sionistlər İngiltərənin dəstəyi və fitnəsi ilə Fələstin ölkəsinin qəsb edilməsini həyata keçirdilər.

Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, İsmayıl Hənyə dünən axşam böyük "Qayıdış haqqı" aksiyasında qeyd edib ki, heç kəs Qüdsün ərəb və islami mahiyyətini dəyişdirə bilməz.

Həmas-ın siyasi bürosunun sədri həmçinin deyib: Müqavimət və mübarizə Fələstin xalqını bütün məntəqələrdə qəsbkarlar qarşısında birləşdiribdir.

Hənyə vurğulayıb: Fələstin xalqı heç vaxt işğalçıları rəsmən tanımayacaq və müqavimət nəinki tərksilah olmayacaq, əksinə onun silahları daha da modernləşəcəkdir.