May 30, 2018 17:44 Asia/Baku
  • Yəməndə təcavüzkarların casusluq şəbəkəsi dağıdılıb
    Yəməndə təcavüzkarların casusluq şəbəkəsi dağıdılıb

Səudiyyə təcavüzkarlarının tabeliyində olan casusluq şəbəkəsi Yəmənin Əl-Hədidə vilayətində məhv edilib.

Əl-Məsirə telekanalı bu xəbəri verərək bildirib ki, Sözü gedən şəbəkənin üzvləri Yəmən ordusu və xalq qüvvələrinin qərargahları və fəaliyyətləri barədə məlumatlar ötürürmüş. 

Əl-Məsirə bildirib: Bu casusluq şəbəkəsi, Dərihəmi rayonundan olan 4 nəfərdən ibarət olub və onlar təcavüzkar koalissiya üçün 10 nəfər hərbi qüvvə toplaya biliblər. 

Sənada Yəmənin apelyasiya məhkəməsi də 30 apreldə Səudiyyə Ərəbistanına casusluq edən 8 nəfərə edam hökmü verdi. Onlar Əl-Qaidə və İŞİD ünsürləri ilə əlbir imiş və terror əməliyyatları törədirmişlər. 

2016-cı il 26 oktyabrda Qatarın Vaşinqtondakı səfirliyi də Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın və BƏƏ vəliəhdi Məhəmməd Bin Zayidin Yəməndə Əl-Qaidə və İŞİD başçıları olan Əli Əbkər Əl-Hüseyn və Abdullah Feysəl Əl-Əhdələ dəstək verdiklərini ifşa etmişdi. 

2015-ci il martdan  Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsi ilə birlikdə bir koalissiya çərçivəsində Amerikanın yaşıl çırağı ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı müharibəyə başladı. 

Səudiyyə Ərəbistanın və onun müttəfiqləri Yəmən xalqının müqaviməti nəticəsində indiyədək nəzərdə tutduqları hədəflərin heç birinə nail olmayıblar. 

Teqlər