Sionistlər bu rejimin faydasız raket sistemini modernləşdirməyə 2 milyard dollar xərcləyirlər
-
Sionistlər bu rejimin faydasız raket sistemini modernləşdirməyə 2 milyard dollar xərcləyirlər
Sionist rejimin raket bölməsinin uğursuzluğunun ardınca bu rejim işğal olunmuş Fələstinin şimalında yerləşən raket sistemlərini modernləşdirmək üçün 2 milyard dollar xərcləmək niyyətindədir.
Bir neçə ay bundan öncə sionist rejimin baş naziri Aviqdor Libermanın göstərişi ilə işğal olunmuş Fələstinin şimalında müxtəlif hədəflərə tərəf 300 kilometr mənzilli raketlər ata bilən "quru-quru" tipli raket sistemi yerləşdirildi.
Sionist rejimin bu hərəkəti elə bir haldadır ki, müqavimət mehvəri bu rejimin Suriyanın şimalı və qərbinə qarşı raket hücumlarına cavabda sionist rejimin bazalarına tərəf onlarla raket ataraq, sionistlərin "dəmir günbəz" raket sistemlərinin fəaliyyətdən düşməsinə səbəb oldu.
Fələstin müqavimət qrupları da mayın 29-da sionist rejimin Qəzzəyə qarşı hava hücumlarına cavabda Qəzzə ətrafındakı sionist qəsəbələri onlarla raket və mərmi ilə hədəfə aldılar.
Sionist rejimin "dəmir günbəz" raket sistemi atılmış raketlərin bir neçəsini izləyə bilmədi və həmin raketlər bir neçə sionist qəsəbəyə düşdü.
Sionist rejimin "dəmir günbəz" raket sisteminin müqavimət qüvvələrinin raket müdafiə sisteminin onlarla sionist raketin məhv edilməsi üzrə qabiliyyəti qarşısında işdən düşməsi bu rejimin əsas problemlərindəndir.