Suriya səmasında sionist rejimin PUA-sı vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314102-suriya_səmasında_sionist_rejimin_pua_sı_vurulub
Sionist rejimin bir ədəd Pilotsuz Uçan Aparatı Suriyanın işğal olunmuş Cövlan hündürlüklərində Qüneytərə şəhərinin ətrafında Əl-Xizr qəsəbəsi üzərində uçarkən vurulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2018 06:20 Asia/Baku
  • Suriya səmasında sionist rejimin PUA-sı vurulub
    Suriya səmasında sionist rejimin PUA-sı vurulub

Sionist rejimin bir ədəd Pilotsuz Uçan Aparatı Suriyanın işğal olunmuş Cövlan hündürlüklərində Qüneytərə şəhərinin ətrafında Əl-Xizr qəsəbəsi üzərində uçarkən vurulub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejimin 24-cü telekanalı bildirib ki, İsrail ordusu bu PUA-nın vurulub salındığını təsdiqləyib. 

Digər tərəfdən Suriya ordusu bu ölkənin cənubunda Qüneytərə və Durada geniş hərbi təchizatlar yerləşdirilməsini davam edir. 

Sionist rejim 1967-ci ildə Suriyanın Cövlan bölgəsinin 1200 kvadrat kilometrini işğal edib və 1981-də bu əraziləri işğal olunmuş Fələstin ərazilərinə ilhaq edib. Amma beynəlxalq ictimaiyyət indiyədək bu işğalçılığı rəsmən tanımayıb. 

Başqa bir məlumata görə, amerikan medialar bu ölkə rəsmilərinə istinadla bildiriblər ki, sionist rejim onlarla silahlının o sıradan İraqın Həşdüşşəbi qüvvələrindən bir neçə nəfərin ölümü ilə nəticələnən Suriyanın şərqində Deyrüzzur vilayətinin sərhəd bölgələrinə qarşı bombardımanların amili olub.