Sionist rejim 2-ci azadlıq gəmisini də dayandırdı
İyul 10, 2018 21:54 Asia/Baku
Sionist rejimin dəniz qoşunları bu gün ikinci azadlıq gəmisinə hücum edərək onun dayandırıb və sərnişinlərini həbs edib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qüdsü işğal edən rejimin ordusunun sözçüsü Avixay Aderi bu xəbəri verərək deyib: Bu gəmi axtarış aparıldıqdan sonra İsrail ordusunun Əşdud limanındakı bazasına köçürüləcək.
Bu Qəzzə zolağını digər ölkələrə doğru bu gün tərk edən ikinci azadlıq gəmisi idi. Gəminin 11 sərnişini xəstələr və tələbələrdən ibarət idi.