Pakistanda qanlı terror; ölkədə ümumi matəm elan olundu
Pakistanın Daxili İşlər Nazirliyi bu ölkənin Bəluçestan vilayətində yerləşən Mastunq şəhərində çoxlu sayda insanın ölməsi və yaralanması ilə nəticələnən terror aktının ardınca bu gün bazar Pakistanda ölkə səviyyəsində matəm elan olunub.
İRİB-nin verdiyi məlumata görə, cümə günü axşam Mstunq şəhərində Bəluçestan Avami Partiyasının seçki mitinqində törədilən partlayışda 130 nəfər o cümlədən partiyanın sədri Nəvvabzadə Sirac Risani həlak olub. Bu hadisədə 150 nəfər də yaralanıb.
Pakistanın Vəkillər Kollegiyası da dünən ümumi tətil elan edərək, məhkəmə iclaslarına çıxmaqdan imtina edib.
Dünən şənbə Pakistanın Bəluçestan vilayətində ümumi matəm elan olunmuşdu. Bəluçestanın yerli hökuməti 2 gün, Avami Partiyası isə 3 gün ümumi matəm elan edib.
İŞİD terror qruplaşması bu terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Pakistanda parlament seçkiləri 2018-ci il 25 iyulda keçiriləcək.