Rusiya suriyalı didərginlərdən ölkələrinə qayıtmalarını istədi
-
Rusiya suriyalı didərginlərdən ölkələrinə qayıtmalarını istədi
Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi suriyalı didərginlərdən ölkələrinə qayıtmalarını istədi.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Aleksandr Lavrentiyev cümə axşamı Livan prezidenti Mişel Oun və baş nazir Səəd Həriri ilə görüşdükdən sonra deyib: Suriya prezidenti Bəşşar Əsəd və ya bu ölkənin təhlükəsizlik orqanları tərəfindən suriyalı didərginlər üçün hansısa təhdid olmayacaq.
Lavrentiyev əlavə edib: Suriyalılar Suriya hökuməti və təhlükəsizlik orqanlarının dəstəyinə inanırlar və hökumətin nəzarəti altında olan ərazilərə qayıdırlar.
Livan prezidenti Mişel Oun da Lavrentiyev ilə görüşdükdən sonra bir bəyanat yayaraq, Rusiyanın suriyalı didərginlərin vətənlərinə qaytarılması üzrə təşəbbüsünü alqışalyıb və ölkəsinin bu məsələdə Rusiyanın təkliflərini gerçəkləşdirməyə yardım etməyə hazır olduğunu deyib.
Hazırda Livanda 1.5 milyondan çox Suriyalı didərgin var.