Əhd Təmimi və anası 8 aydan sonra azad ediliblər
İyul 29, 2018 19:17 Asia/Baku
İsrail rejimi fələstinli mübariz qız Əhd Təmimi və anası Nəriman xanımı 8 aydan sonra azad edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Əhd Təmimi 19 dekabr 2017-ci ildə İsrail rejimi tərəfindən həbs olunmuşdu. Həbs olunmasının səbəbi isə İsrail hərbçilərini evlərinin həyətindən çölə çıxartmağa çalışması olub.
Ötən aylar ərzində dünyanın bir çox şəhərində Əhd Təmimiyə dəstək aksiyaları keçirilib. Avropa Birliyi və bir çox beynəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri İsrail rejiminin Əhd Təmimini həbs etməsini qınamışdı.
Fələstinli əsirlərlə bağlı araşdırma mərkəzinin yaydığı məlumata görə, cari ilin ilk 6 ayında sadəcə Qüds şəhərində mindən çox fələstinli həbs olunub.