Sionistlər Fələstin müqavimətinin raket qüdrətindən qorxuya düşüblər
-
əstin müqavimətinin raket qüdrətindən qorxuya düşüblər
Sionist rejim bildirib ki, Fələstin müqavimətinin raket hücumları qorxusundan Qəzzənin ətrafındakı sionistsakinli qəsəbələrdə səyyar sığınacaqlar yerləşdiribdir.
Sionist rejim dünən bildirib ki, işğal olunmuş ərazilərin cənubundakı sionist qəsəbə sakinləri və sionist qüvvələrin tələfatının qarşısını almaq üçün Qəzzə zolağının ətrafındakı məntəqələrdə bir neçə səyyar sığınacaq inşa edibdir.
Sionist rejim başçıları Qəzzədə ağır döyüşlərin geniş miqyas alması ehtimalına görə, həmin sığınacaqları inşa ediblər.
Fələstin müqavimət qüvvələrinin Qəzzənin ətrafındakı sionistsakinli qəsəbələrə qarşı son raket hücumlarından sonra sionist rejimin xəfiyyə başçıları özlərinin işğal olunmuş ərazilərin cənub bölmələrindəki sığınacaqlarının qapılarını açdılar.
Belə bir halda, sionist rejim ordusu dünən 2019-cu ilin sonunadək bu zolaqda hər cür hərbi döyüşün dayandırılması və Qəzzəyə qarşı iqtisadi maneələrin azaldılmasını istədi.
Eyni zamanda, Həmas-ın hərbi qolu şəhid İzzəddin Qəssam batalyonları sionist düşmənlə mübarizəyə tam hazır olduğunu bildirib.