Beynəlxalq təzyiqlər nəticəsində Kərəm Əbu Salim keçidi fəaliyyətə başlayıb
Sionist rejim Qəzzə zolağının ən əsas yollarını bağlamaqla ötən bir neçə gündə beynəlxalq tənqid və təzyiqlərlə üzləşdikdən sonra Əbu Salim keçidi tam şəkildə açılıb.
İRNA-nın məlumatına görə, ilkin ərzaq maddələrilə yüklənmiş onlarla yük maşını, bir neçə yanacaq daşıyan tanker Kərəm Əbu Salim keçidindən keçə biliblər. Son vaxtlar bir çox ölkə və humanitar təşkilatlar Təl-Əvivə ciddi şəkildə xəbərdarlıq etdikdən sonra həmin keçid açılıb.
Kərəm Əbu Salim keçidi 2018-ci il may ayında Qəzzə zolağı ətrafında güclü qarşıdurmalar nəticəsində sionist rejim tərəfindən bağlandı. İsrail rejimi hərbçiləri Qəzzə zolağına hücum etdikdən sonra yüzdən çox məhsulun bu bölgəyə idxalı və oradan ixracı qadağan ediblər.
Sionist rejim 2006-cı ildən Qəzzə zolağını mühasirəyə alaraq, əsaslı məhsullar, o cümlədən yanacaq, dərman preparatları, ərzaq maddələri və tikinti materiallarının bu bölgəyə göndərilməsinin qarşısını alıb.
BMT-nin hesabatları Qəzzə zolağında insan durumunun olduqca acınacaqlı olduğunu göstərir.