Nəcranda Ərəbistanın hərbi bazasına doğru ballistik raket buraxılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320393-nəcranda_Ərəbistanın_hərbi_bazasına_doğru_ballistik_raket_buraxılıb
Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi Nəcranın qərbində Ərəbistan ordusuna məxsus hərbi bazaya doğru bir ədəd Bədr 1 ballistik raketi atıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2018 07:17 Asia/Baku
  • Nəcranda Ərəbistanın hərbi bazasına doğru ballistik raket buraxılıb
    Nəcranda Ərəbistanın hərbi bazasına doğru ballistik raket buraxılıb

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi Nəcranın qərbində Ərəbistan ordusuna məxsus hərbi bazaya doğru bir ədəd Bədr 1 ballistik raketi atıb.

Əl-Minar televiziyasının məlumatına görə, bazar günü atılan bu raket dəqiqliyi ilə hədəfə dəyib və Ərəbistanın hərbi bazasına çoxlu xəsarətlər vurub. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi cümə gecə də Ərəbistanın Yəməndəki cinayətlərinə reaksiyada Nəcranda Ərəbistan hərbçilərinin mövqelərini bir ədəd ballistik raketlə vurmuşdu. 

Yəmən qüvvələri 2018-ci ilin əvvəlindən Ərəbistana raket hücumlarını artırıb və hətta bu ölkə ərazisində bir neçə əsas məkanı atəşə tutub.