Suriya ərazilərinin 96 faizi terrorçulardan təmizlənilib
-
Suriya ərazilərinin 96 faizi terrorçulardan təmizlənilib
Rusiyanın Müdafiə Nazirliyi Suriya torpaqlarının 96 faizdən çoxunun terrorçulardan təmizlənildiyini bildirib.
Spotnikin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bu gün bildirib ki, bu ölkənin Suriyadakı hərbi əməliyyatlarının başlandığı vaxtdan indiyədək Suriya ərazilərinin 96.5 faizi terrorçulardan geri alınıb.
Rusiya MN həmçinin bildirib ki, bu ölkə Suriyada terrorçuların mövqelərinə qarşı Kalibr adlı qanadlı raketlərlə 100 hücum həyata keçirib.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və müttəfiqlərinin regiondakı balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə dəstəklədikləri terrorçuların bu ölkəyə geniş hücumu ilə başladı.
Suriya ordusu İran İslam Respublikasının hərbi məsləhətləri və Rusyianın himayəsi ilə İŞİD terrorçularınn bu ölkədəki fəaliyyətinə son qoydu.
Suriyadakı digər terrorçu qruplar da məğlub olmaqdadırlar.