Sionist hərbçilər qərb sahilinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320873-sionist_hərbçilər_qərb_sahilinə_basqın_ediblər
Sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edərək, on bir fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2018 12:37 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edərək, on bir fələstinlini həbs ediblər.

Bu hücumun ardınca sionistlərlə fələstinlilər arasında şiddətli toqquşma baş verib.

Sionist rejim hərbçiləri dünən də Qüds şəhərinin İslami Vəqflər Təşkilatının tabeliyində olan Məsciduləqsa-nın Bərpası Komitəsinin işçilərindən dörd nəfəri həbs etdilər.

Qüdsü işğal etmiş rejimin hərbçiləri bu şəhərin qədim hissəsinin darvazalarından olan "Babulisbat" darvazasını şübhəli bir şeyin mövcud olması bəhanəsilə bağlayaraq, fələstinlilərin bu məntəqədəki gediş-gəlişlərinə mane olublar.