Sionist hərbçilər yeddi fələstinlini həbs ediblər
Avq 27, 2018 08:16 Asia/Baku
-
Sionist hərbçilər yeddi fələstinlini həbs ediblər
Sionist rejim hərbçiləri işğal olunmuş Qüdsün Əlisaviyyə kəndinə soxularaq, yeddi fələstinlini həbs ediblər.
Qüdsdə Əsir və Məhbus Ailələri Komitəsinin sədri Əmcəd Əbu Əsəb deyib: Sionist rejim hərbçiləri Qüdsün şimal-şərqində yerləşən Əlisaviyyə kəndinə basqın edib, bir neçə evi təftiş edərək, yeddi fələstinlini həbs ediblər.
Əbu Əsəb əlavə edib: Sionist rejim hərbçiləri həmçinin 16 yaşlı fələstinli bir qızı Məsciduləqsa-dan çıxarkən həbs ediblər.
Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə İordan çayının qərb sahilində və Qüdsdə yerləşən fələstinlilərin mənzillərinə basqın edirlər.
Fələstinin rəsmi statistikaları sionist rejim məhbəslərində 300-ü uşaq olmaqla az 6500 fələstinlinin olmasından söz açır.
Teqlər