Sionistlər fələstinli şəhidin evini dağıdıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321181-sionistlər_fələstinli_şəhidin_evini_dağıdıblar
Sionist rejim buldozerləri qərb sahilində yerləşən Ramullah şəhərinin şimal-qərbindəki Kubər kəndində şəhid Tariq Muhəmməd Tariq Yusifin evini dağıdıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 15:20 Asia/Baku
  • Sionistlər fələstinli şəhidin evini dağıdıblar

Sionist rejim buldozerləri qərb sahilində yerləşən Ramullah şəhərinin şimal-qərbindəki Kubər kəndində şəhid Tariq Muhəmməd Tariq Yusifin evini dağıdıblar.

İşğalçı hərbçilər elə bir halda fələstinli şəhidlərin evlərinin dağıdılmasını gündəmə gətiriblər ki, bu siyasət beynəlxalq qanunlara, xüsusən də 4-cü Cenevrə konvensiyasının 33-cü maddəsinə ziddir.

Şəhid Muhəmməd Yusifin ailəsi bildiribdir ki, dünya ictimaiyyəti yalnız tamaşaçıdır və BMT elə davranır ki, sanki heç bir vəzifə və məsuliyyətə malik deyildir.

17 yaşlı yeniyetmə şəhid Tariq Muhəmməd Tariq Yusif 2018-ci il iyulun 26-da bir əməliyyatda bir sionisti öldürdü, iki işğalçı hərbçini də yaraladı.