Taliblər Day Mirdad rayonunu ələ keçiriblər
Əfqanıstanın şərqində Vərdək vilayətinin Day Mirdad rayonu taliblərin hücumunda süqut edib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Vərdək vilayət şurasının üzvü Əhməd Cəfəri bildirib ki, Taliblərin bu gün Day Mirdada qarşı hücumunda rayonun təhlükəsizlik qərargahları ələ keçirilib və bir neçə polis əməkdaşlı öldürülüb.
Əfqanıstanın şimal şərqində Bəğlan vilayətinin təhlükəsizlik rəsmiləri isə bildiriblər ki, taliblərin bu vilayətin hərbi məntəqələrinə hücumunda azı 20 əfqan təhlükəsizlik məmuru ölüb.
Taliblərin ölkənin qərbində Hərat vilayətinin Oba rayonuna qarşı hücumunda isə 9 polis ölüb 5 nəfər yaralanıb.
Hərat valiliyinin sözçüsü Cilani Fərhadi əfqan təhlükəsizlik qüvvələrinin tələfat verdiyini bildirərək hücumda taliblərdən də 10 nəfərin öldürüldüyü, 5 nəfərin də yaralandığını bildirib.