İmran xan yerli şuraların güclənməsinə çağırıb
Sen 16, 2018 12:25 Asia/Baku
Pakistanın baş naziri Kəraçi şəhərinə ilk səfəri ərəfəsində Pakistanda özəl sektorun səlahiyyətlərinin artırılmasına təkid edib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İmran xan deyib: Yerli şuralar və özəl sektorun səlahiyyətlərini artırmaqla ölkənin idarə edilməsini bir başa xalqın öhdəsinə qoyacağıq.
İmran xan deyib:Biz Xeybər Pəxtunxah vilayətinin idarə edilməsində müsbət təcrübələr əldə etdik və xalq geniş səlahiyyətlərə malik olduqda ölkədə abadlıq və rövnəq yaranar.
Pakistanın baş naziri deyib: 100 günlük fəaliyyət nizamnaməmizdə özəlləşdirmə və yerli şuraların səlahiyyətlərinin artırılması əsas əhəmiyyət kəsb edir və Pakistan hökuməti öz vədlərini yerinə yetirməkdə qərarlıdır.