Sen 21, 2018 20:11 Asia/Baku
  • Yəmənli qüvvələr təcavüzkar koalisiyanın mövqeyini PUA ilə vurdu
    Yəmənli qüvvələr təcavüzkar koalisiyanın mövqeyini PUA ilə vurdu

Yəmən ordusu ötən bir neçə gündə ikinci dəfə olaraq ölkənin qərb sahillərində təcavüzkar koalisiya qüvvələrinin mövqeyini pilotsuz uçan aparatdan istifadə edərək, hədəfə alıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu hücum cümə günü Yəmənin qərb sahilində yerləşən Cəzirətül Səvabi məntəqəsində həyata keçirilib. Hücum Yəmənin dəniz qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilib.

150 kilometrlik uçuş radiusuna malik olan Qasif-1 pilotsuz uçan aparatı 30 kq ağırlığında döyüş başlığı daşımağa qadirdir. Qasif-1 ağıllı izləmə sisteminə malikdir.

Yəmən ordusu çərşənbə günü də ölkənin qərb sahillərində səudiyyəli təcavüzkarların qərargahını Qasif-1 PUA-sı ilə hədəfə almışdı.

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın başçılıq etdiyi koalisiyanın 2015-ci ilin martından etibarən Yəmənə qarşı hərtərəfli hücumlara başladığı zamandan indiyə kimi Ərəbistanın onlarla casusluq PUA-sını məhv edib.

Ərəbistan ABŞ, Britaniya və BƏƏ-nin dəstəyi ilə artıq 4 ilə yaxındır ki, Yəməni havadan, sudan və qurudan mühasirədə saxlayaraq, bu ölkəni intensiv şəkildə bombalayır.

İndiyə kimi bu hücumlarda on minlərlə insan ölüb, milyonlarla nəfər didərgin düşüb. Ölkənin bütün infrastrukturları məhv edilib. İnsanlar aclıq və yolxucu xəstəliklərdən əziyyət çəkir.

Teqlər