Fələstinli gənclər sionistlərin PUA-nı vurublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323647-fələstinli_gənclər_sionistlərin_pua_nı_vurublar
Fələstinlilər Qəzzə zolağında sionist rejimin bir ədəd Pilotsuz Uçan Aparatını vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2018 06:56 Asia/Baku
  • Fələstinli gənclər sionistlərin PUA-nı vurublar
    Fələstinli gənclər sionistlərin PUA-nı vurublar

Fələstinlilər Qəzzə zolağında sionist rejimin bir ədəd Pilotsuz Uçan Aparatını vurublar.

Fələstinin Məa xəbər agentliyinin bildirdiyinə görə, sionist rejim PUA-sı dünən Qəzzə zolağının işğal olunmuş Fələstin ilə təmas xəttində aksiyaçılar tərəfindən vurulub. 

Digər tərəfdən sionist rejim təyyarəsi "Qəzzənin mühasirəsini yarmaq" adı altında dəniz yürüşündə iştirak edən fələstinliləri hədəfə alıb. 

Bu təcavüz nəticəsində bir fələstinli aksiyaçı şəhid olub və indiyədək 50 fələstinli eləcə də Türkiyənin anadolu xəbər agentliyinin bir fotoqrafı yaralanıb.