Okt 12, 2018 19:08 Asia/Baku
  • UNRWA-nın yardımlarının dayandırılması ilə Suriyanın şimalında fələstinli didərginlərin durumu ağırlaşıb

BMT-nin fələstinli didərginlərə yardım və məşğulluq agentliyinin (UNRWA) yardımlarının dayandırılması ilə SUriyanın şimalında fələstinli didərginlərin problemləri daha da artıb.

İRİB-nin verdiyi məlumata görə, Suriyanın şimalında, paytaxt Dəməşqin cənubunda məskunlaşmış minlərlə fələstinli didərgin ailəsi UNRWA-nın yardımlarının dayandırılmasına görə, ciddi məişət problemləri ilə üzləşib.

UNRWA-nin Dəməşqdəki ofisi ABŞ-ın bu agentliyə olan yardımlarının azalmasını Suriyanın şimalında fələstinli əsirlərə olan yardımların dayandırılmasının əsas səbəbi elan edib.

ABŞ hökuməti Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdığını elan etməsi və öz səvirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ardınca, fələstinlilərin bu məsələyə etirazlarını bəhanə qərar verərək, UNRWA-ya yardımlarını dayandırmaq niyyətində olduğunu açıqlayıb. ABŞ hökuməti bu yolla fələstinliləri cəzalandırmaq və fələstinli didərginəri öz torpaqlarına qayıdış haqqından məhrum edən "Əsrin Anlaşması" adlı saziş planını onlara qəbul etdirmək istəyir.

Teqlər