Ərbəin mərasiminə hazirliq
İraq rəsmilərinin dediklərinə görə, Ərbəin günündə Kərbəlaya müraciət edən zəvvarların sayı 20 milyona çatacaq. Bu arada İranlı Ərbəin zəvvarlarının sayının da təqribən 2.3 milyon nəfər olacağı proqnoz edilir.
Kərbəla Ərbəin zəvvarlarını qarşılamağa hazırdır. Kərbəlanın icra başçısı indiyə kimi Ərbəin zəvvarlarına xidmət üzrə 10 min çadırın qurulması üçün lisenziyanın verildiyini deyərək, bu il Hüseyn(ə) əzadarlarına xüsusi qayğının olmasından xəbər verib.
“Kərbəla şəhərində Ərbəin zəvvarlarını qarşılamaq üçün hazırlıq işləri başa çatıb. Bütün xidmət orqanları Nəcəf-Kərbəla, Babil-Kərbəla və Bağdad-Kərbəla şose yollarının şəhərə giriş nöqtəsində tam hazırlığa malikdirlər.”
Həmçinin, Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün könüllü xalq qüvvələri polis və təhlükəsizlik qüvvələri ilə birgə fəaliyyət göstərəcəklər. Kərbəla könüllü qüvvələri komandanı Qasım Musteh bu barədə açıqlama verib: “6 min könüllü xalq qüvvəsi ilə yanaşı Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün 3 təhlükəsizlik zolağının yaradılması nəzərdə tutulub.”
Qeyri rəsmi məlumatlara əsasən Ərbəin mərasiminin xarici zəvvarlarının sayının 5 milyon nəfərə çatacağı proqnoz edilir. Onların böyük əksəriyyətini isə iranlı zəvvarlar təşkil edir. Bu arada İraqa səfər edən Ərbəin zəvvarlarının bir sıra məsələyə diqqət göstərməsi lazımdır: “İraqa səfər edən zəvvarlar ilk növbədə bu ölkə qanunlarına hörmət etməlidirlər. Həmçinin, gömrük məntəqəsinə yaxınlaşmazdan öncə İraq konsulluğuna və ya şöbələrinə müraciət edərək, viza almaq lazımdır.”