Sionist rejim bir daha müqavimət əməliyyatı icraçısının həbsində uğursuz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326106-sionist_rejim_bir_daha_müqavimət_əməliyyatı_icraçısının_həbsində_uğursuz_qalıb
Sionist rejim hərbçiləri beşinci dəfə olaraq, "Bərkan" müqavimət əməliyyatının icraçısı Əşrəf Nəalvənin həbs olunmasında uğursuz qalıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2018 14:28 Asia/Baku
  • Sionist rejim bir daha müqavimət əməliyyatı icraçısının həbsində uğursuz qalıb
    Sionist rejim bir daha müqavimət əməliyyatı icraçısının həbsində uğursuz qalıb

Sionist rejim hərbçiləri beşinci dəfə olaraq, "Bərkan" müqavimət əməliyyatının icraçısı Əşrəf Nəalvənin həbs olunmasında uğursuz qalıblar.

Son müqavimət əməliyyatının icraçısı Əşrəf Nəalvə "Areil" sionist qəsəbəsinin yaxınlığında bir müqavimət əməliyyatı keçirərək, iki sionist qəsəbə sakinini öldürüb və bir nəfəri də ağır yaralayaraq, əməliyyat məkanından qaçıbdır.

Sionist rejim hərbçiləri bu gün Əşrəf Nəalvənin sığındığı zənn edilən Tulkərm-in şimalındakı Şuykə məntəqəsində yerləşən "Əli Nayfə" məktəbini mühasirəyə alaraq, səy göstərdilər ki, onu həbs etsinlər, amma sonda uğursuz qaldılar.

Sionist rejimin bu fələstinli gəncin həbs edilməsindəki məyusluğu və acizliyi o yerə çatıbdır ki, sionist rejimin daxili təhlükəsizlik müşavirinin keçmiş müavini Çarlz Verilç təklif edibdir ki, Təl-Əviv bu cür əməliyyatların təkrarlanmasının qarşısını almaq üçün birtərəfli şəkildə qərb sahilindən geri çəkilsin.