Noy 04, 2018 21:37 Asia/Baku
  • Yəmən ordusu təcavüzkar qüvvələrə ağır zərbə endirib
    Yəmən ordusu təcavüzkar qüvvələrə ağır zərbə endirib

ABŞ-ın müdafiə naziri Ceyms Mattisin Yəməndə savaşın durdurulmasına dair səsləndirdiyi fikirlər zahirdə qulağa xoş gəlsə də, əslində diqqətlərin Yəməndə törədilən faciələrə görə Vaşinqtonun daşıdığı məsuliyyətdən yayındırmağa xidmət edir. Bu təklifin irəli sürülməsindən sonra Ərəbistanın Yəmənə olan hücumlarının artması bu faktı bir daha təsdiq edir.

Təcavüzkar qüvvələrə ağır zərbə. Yəmən ordusu və xalq qüvvələrinin Əl-Hudəydə hava limanı və ətraf məntəqələrə olan qəfil hücumunda təcavüzkar qüvvələr ciddi zərər və ziyana məruz qalıblar. Yəmən Silahlı Qüvvələri sözçüsü bu hücumda 113 təcavüzkar qüvvənin öldürüldüyünü, 156 nəfərin isə yaralandığını elan edib. Həmçinin, təcavüzkarlara  məxsus 69 döyüş maşını və tank məhv edilib. Baxmayaraq ki, təcavüzkar qüvvələr hava dəstəyinə də malik olublar və əməliyyat məntəqəsi daha öncə düşmən qırıcıları tərəfindən 60 dəfə bombarmdana məruz qalıb. Onlar Yəmən xalqının təcavüzkarlar qarşısındakı iradəsini sındırmağa və müqavimət qüvvələrini geri çəkilməyə məcbur etmək istəyirdilər.

Yəmənli analitiklər deyir: “Təcavüzkar qüvvələr qərb sahilinə nəzarəti ələ keçirməyə qadir deyillər. Bura onların növbəti ölüm bataqlığı olacaq.”

Yəmənli mübariz döyüşçülərdən biri isə deyir: “Təcavüzkarlar öz planlarını yenidən nəzərdən keçirməlidirlər. Onlar bilməlidirlər ki, Yəmən xalqı güclü iradə və yenilməz müqavimətə malikdir. Biz həzrət Məhəmməd(s.ə.s)-in əsgərləriyik.”

Digər tərəfdən Yəmən ordusunun raket bölməsi qərb sahilində təcavüzkarların bazasını “Bədr-1” ballistik raketi ilə hədəfə alıblar. Hədəfin dəqiq şəkildə vurulması bir qrup təcavüzkarın ölməsi və yaralanması habelə, hərbi təchizatlarının sıradan çıxmasına səbəb olub. Bu hücumun ardınca təcavüzkarlar arasında qorxu və dəhşət hissi artıb. Və yüzlərlə təcavüzkar qüvvə Birləşmiş Ərəb Əmirliklərinin nəzarəti altında olan hərbi bazalarını tərk edərək, geri çəkilməyə məcbur olub.

Yəmən vətəndaşı: “Bu gün Yəmən ordusunun raket bölməsi savaş meydanında təşəbbüsü ələ alıb və ardıcıl olaraq uğurlu əməliyyatlar həyata keçirir. Artıq bütün region və dünya bundan danışır. “

Yəmənin Ənsarullah hərəkatının sözçüsü isə deyib: Təcavüzkarların Əl-Hudəydəyə olan hücumlarının artması ABŞ-ın Yəməndə savaşın durdurulmasına dair təklifinin yalan olduğunu sübut edir. Bu təklif əslində hücumların artırılması üçün diqqətlərin yayındırılmasına xidmət edir.

 

Teqlər