Sionist rejimin hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327860-sionist_rejimin_hava_hücumunda_Əl_Əqsa_telekanalının_binası_dağılıb
Sionist rejim qırıcılarının hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2018 07:25 Asia/Baku
  • Sionist rejimin hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb
    Sionist rejimin hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb

Sionist rejim qırıcılarının hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb.

Fələstinin Həmas hərəkatının tabeliyində olan Əl-Əqsa telekanalının binası sionist rejim qırıcılarının dünəngecəki hava hücumunda tam şəkildə dağılıbdır.

Bu xəbəri yayan Əlməyadin telekanalı sionist rejim qırıcıları tərəfindən hədəfə alındıqdan sonra Əl-Əqsa telekanalının verilişlərinin dayanmasından xəbər verib. Bu mənbə həmin hücumda ehtimal üzrə şəhid olan və bədən xəsarəti alanların sayına işarə etməyibdir.

Sionist rejim bu telekanalın binasını, Həmas-ın, müqavimət qüvvələrinin sionist hərbçiləri daşıyan avtobusa qarşı raket hücumu ilə bağlı təsvirləri yayacağını bildirməsindən sonra hava hücumlarına məruz qoyubdur.

Bununla belə, Əl-Əqsa telekanalının direktoru Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb: Əl-Əqsa telekanalı verilişlərinin yayılması bərpa olunacaq və işğalçıların təyyarələrinin bombardmanları bizim fəaliyyətimizi dayandıra bilməz.