Fransa İdlibdə kimyəvi silahlar işlətməkdə terrorçulara kömək edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328493-fransa_İdlibdə_kimyəvi_silahlar_işlətməkdə_terrorçulara_kömək_edir
Bir rus informasiya agentliyi agah mənbələrə istinadla fransız ekspertlərin Suriyada kimyəvi silahlar işlətməkdə terrorçulara kömək etmələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2018 16:03 Asia/Baku
  • Fransa İdlibdə kimyəvi silahlar işlətməkdə terrorçulara kömək edir
    Fransa İdlibdə kimyəvi silahlar işlətməkdə terrorçulara kömək edir

Bir rus informasiya agentliyi agah mənbələrə istinadla fransız ekspertlərin Suriyada kimyəvi silahlar işlətməkdə terrorçulara kömək etmələrindən xəbər verib.

Sputnik xəbər agentliyi bildirib: Terrorçulara kömək edən fransız ekspertlər bu qrupun raketlərini yaxşılaşdırmaqdadırlar ki, kimyəvi başlıqların daşınması qabiliyyətinə malik olmuş olsunlar.

Bu məlumata görə, ağ papaqlıların ünsürləri də zəhərli kimyəvi maddələrə malik beş bombanı terror qruplarının anbarlarından İdlib şəhərinin daxilindəki bir anbara köçürüblər.

Bu bombalar son zamanlar İdlibə daxil olmuş fransız ekspertlərə təhvil verilibdir ki, kimyəvi başlıqlar daşımaq üçün növü məlum olmayan raketləri hazırlasınlar.

Fransa Suriya böhranında terror qruplarını himayə edən ölkələrdən biridir.