Con Boltonun işğal olunmuş Qüdsə səfəri pislənilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331914-con_boltonun_işğal_olunmuş_qüdsə_səfəri_pislənilib
Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi Amerika millli təhlükəsizlik müşaviri Con Boltonun işğal olunmuş Qüdsə səfərini və sionist rejimin baş naziri ilə görüşünü pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2019 06:07 Asia/Baku
  • Con Boltonun işğal olunmuş Qüdsə səfəri pislənilib
    Con Boltonun işğal olunmuş Qüdsə səfəri pislənilib

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi Amerika millli təhlükəsizlik müşaviri Con Boltonun işğal olunmuş Qüdsə səfərini və sionist rejimin baş naziri ilə görüşünü pisləyibdir.

Saib Əriqat dünən Con Boltonun işğal olunmuş Qüdsə səfərinə və sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşünə reaksiyada bir bəyanat yayıb və bu bəyanatda bildiribdir ki, həmin səfər Fələstində qanunsuzluq, zorakılıq və çaxnaşmaya bais olacaqdır.

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi öz bəyanatında əlavə edib: Con Boltonun Qüdsün qədim hissəsinə səfəri Beytulmuqəddəsin Fələstin ölkəsinin əbədi paytaxtı olmasına tarixi gerçəkliyi əsla dəyişməyəcəkdir.

Con Bolton Benyamin Netanyahu ilə birgə mətbuat konfransında sionist rejimin fələstinlilərə və regiona qarşı işğalçılıqları və cinayətlərinə dəstək veribdir.