Sionist hərbçilər Əl-Xəlilə hücum ediblər
-
Sionist hərbçilər Əl-Xəlilə hücum ediblər
Sionist rejim hərbçiləri bir daha İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərinə hücum ediblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilində yerləşən Əl-Xəlilə hücum edərək üç fələstinlinin evinə soxulublar.
Sionist rejimin hərbi qayıqları da Qəzzə zolağının sahil sularında fələstinlilərin balıqçılıq qayıqlarının üzərinə atəş açıblar.
Dünən gecə də sionist rejim hərbçiləri Əl-Xəlil şəhərinə hücum edərək İbrahimi hərəmin ətrafında Cəbərənin girişində bir fələstinli gəncin üzərinə atəş açıblar və açıq-aşkar cinayətə əl ataraq fələstinli gəncə yardım edilməsinə mane olublar.
Eyni zamanda sosial şəbəkələrdə yayımlanan video sionist həbçilərin sözü gedən fələstinli gəncə hücum anını göstərir.