Yəmənin Ənsarullah hərəkatı xəstə səudiyyə hərbçisini əsirlikdən azad etdi
Yəmənin Ənsarullah hərəkatı bu hərəkatın lideri Əbdülmalik Əl-Husinin təşəbbüsü ilə çərşənbə axşamı humanist bir hərəkətdə xəstə bir səudiyyə hərbçisini azad edib. Əsirlikdən azad edilən Ərəbistan hərbçisi Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə Ərəbistana köçürülüb.
Əl-Məsirənin bildirdiyinə görə, Yəmənin Milli Əsirlər Komitəsinin sədri Əbdülqadir Mürtəza çərşənbə axşamı deyib: Ötən iki həftə ərzində bu xəstə əsirin köçürülməsinə şəraitin yaradılması üçün Ərəbistan tərəfini qane etməyə səy göstərilsə də, bütün səylər nəticəsiz oldu.
O, daha sonra bildirdi: BMT-nin vasitəçiliyi də bu məsələdə səmərəli olmadı və nəhayət əsirin vəziyyətinin ağırlaşmasını nəzərə alaraq, Ənsarullah hərəkatının rəhbəri Əbdülmalik Əl-Husi şəxsən bu səudiyyəli hərbçinin azad edilməsi və Ərəbistan aköçürülməsi haqda göstəriş verdi.
Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əlhusi Tvitter-də belə yazmışdı: Nə üçün Ər-Riyad öz xəstə vətəndaşının həyatını xilas etmək üçün heç bir addım atmır? Halbuki, Yəmən bu xüsusda BMT-nin xüsusi nümayəndəsi vasitəsilə onları məlumatlandırıb.